Tarixi Akropol yenidən bağlandı - SƏBƏB
    • 17-07-2024, 21:40
    • 156

Tarixi Akropol yenidən bağlandı - SƏBƏB

Yunanıstanın ən çox ziyarət edilən turistik məkanı olan Afina Akropolu səhra istiləri səbəbindən müvəqqəti olaraq bağlanıb.

News24.az xəbər verir ki, Mədəniyyət nazirliyi bildirib ki, turistlər yerli vaxtla saat 12:00-dan 17:00-a qədər (GMT 09:00-14:00) YUNESKO-nun siyahısına salınmış arxeoloji ərazinin yuxarı hissəsində yerləşən Parthenon və digər qədim şah əsərlərini ziyarət edə bilməyəcəklər.

Bir ay ərzində ikinci dəfə elan edilən məhdud bağlanma, Yunanıstanın milli meteoroloji xidmətinin ölkənin bəzi bölgələrində 43 dərəcədən yuxarı temperaturun olacağını proqnozlaşdırdığı bir vaxta təsadüf edib.

Yunanıstanda ən erkən isti dalğası Akropolun iyun ayında iki gün dalbadal günün ən isti saatlarında bağlanmasına səbəb olub.

Qeyd edək ki, üç gün ərzində saat 12.00-17.00 arasında havanın temperaturu 40 dərəcəni keçərsə, açıq havada tikinti, kuryer xidmətləri və məhsul daşınması kimi işlərin dayandırılması üçün tədbirlər görülüb.

Bu qaydalara əməl etməyən işəgötürənlərin hər işçi üçün 2 min avro cərimələnəcəyi açıqlanıb.

Günel Məlikzadə