"Panathinaikos" Ergin Atamanla müqaviləni uzadacaq?
    • 17-07-2024, 23:10
    • 313

"Panathinaikos" Ergin Atamanla müqaviləni uzadacaq?

"Panatinaikos" Basketbol Klubunun prezidenti Cannakopoulos ötən mövsüm komandanın sükanı arxasında ciddi uğurlar qazanan türkiyəli baş məşqçi Ergin Atamanla uzun müddət davam etmək istədiklərini bildirib.

News24.az xəbər verir ki, Giannakopoulos, sosial media hesabından etdiyi şərhdə, "Real Madridi məğlub edərək 5 Avropa seriyası hədəfi qoyduğunuzda, Maestronu (Ergin Ataman) saxlamaqla yanaşı, ehtiyacınız olan bütün idmançıları komandada saxlamalısınız" dedi.

Yunan mətbuatı Giannakopoulosun bu yazısını Atamanla müqavilənin uzadılacağı kimi şərh edib.

Ataman Panathinaikos-da ilk mövsümünü 2 kubokla başa vurub. Yunanıstan komandası THY Avroliqanın Dördlər Finalında Real Madridi məğlub edərək kubokun qalibi olub və iki ildən sonra Yunanıstan Liqasının çempionu olub.

Günel Məlikzadə