İtkin düşən 75 yaşlı kişi bataqlıqdan tapıldı
    • 18-07-2024, 08:20
    • 232

İtkin düşən 75 yaşlı kişi bataqlıqdan tapıldı


Bir həftə öncə ABŞ-da 75 yaşlı Maykl Altmayer adlı kişinin itkin düşməsi barədə polisə məlumat daxil olub.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, o, Nyu-Şarondan qonşu Uyeldə gedən yolda yoxa çıxıb.

8 iyulda itən şəxsin axtarışlarına naməlum səbəbdən yalnız iyulun 12-də başlanılıb. Axtarışlardan bir neçə saat sonra Altmayer "Mount Blue" parkında bataqlıqdan çıxarılıb.

Məlum olub ki, təqaüdçü azaraq bataqlığa düşüb. Xilasedicilər zərərçəkmişə yardım göstərmiş və onu helikopterlə yaxınlıqdakı xəstəxanaya təxliyə ediblər.