NASA 459 milyonluq layihəsini ləğv etdi - SƏBƏB
    • 18-07-2024, 11:54
    • 173

NASA 459 milyonluq layihəsini ləğv etdi - SƏBƏB

NASA, xərclərin çox olması və layihədəki gecikmələr səbəbindən Ayda kəşfiyyat vasitəsi olan VIPER-i ləğv etməli olduğunu açıqlayıb.

News24.az AFP-yə istinadən bildirir ki, ABŞ kosmik agentliyinin bu layihəni ləğv edərkən Ayın kəşfiyyatı proqramı üçün əhəmiyyətli bir uğursuzluq yaşadığı qeyd edilib.

Qütb Kəşfiyyat Roverinin (VIPER) məqsədi buz və digər resursların axtarışı üçün Ayın cənub qütbünü araşdırmaq idi.

Layihə daha sonra Artemis proqramı çərçivəsində Amerika astronavtları tərəfindən planlaşdırılan ekipajlı missiyalara yol açmaq məqsədi daşıyıb.

Günel Məlikzadə