İsrailli nazir Məscidül-Əqsaya basqın etdi
    • 18-07-2024, 12:09
    • 217

İsrailli nazir Məscidül-Əqsaya basqın etdi

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail polisinin müşayiəti ilə səhər saatlarında işğal altında olan Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın edib.

News24.az NTv-yə istinadən xəbər verir ki, Ben-Qvir Qaya Qübbəsinin qarşısında "İsrailin heç bir ixtiyari razılaşma və təslim olmadan Qəzzada israilli məhbusların geri qaytarılması üçün dua etmək üçün ən vacib yerə gəldiyini" söyləyib.

İfrat sağçı Ben-Qvir bəyan edib ki, o, “baş nazir Benyamin Netanyahunun təzyiqlərə boyun əymədən və hərbi təzyiqi artırmadan qələbəyə doğru irəliləməsi üçün dua edir”.

Ben-Qvirin basqını zamanı İsrail polisi Əl-Əqsa məscidinin qapısını bağlayıb, fələstinlilərin və müsəlmanların Hərəm-Şərifə daxil olmasına mane olub.

İsrail mətbuatında yer alan xəbərlərə görə, basqına Əl-Əqsa məscidinin yəhudiləşdirilməsini müdafiə edən Məbəd Hərəkatının üzvləri də Ben-Qvirə qoşulub.


Günel Məlikzadə