-
- 18-04-2024, 09:06
- 257
"Fələstinlilər edam edilməlidir"
İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir sosial media hesabında açıqlama verib.
News24.az xəbər verir ki, Ben-Qvir, "İsrail hökumətinin fələstinli məhbuslar üçün 936 əlavə həbs yerinin tikintisinə icazə verən təklifi bəyənməsindən məmnun olduğunu" bildirdi.
O, əlavə edib ki, “fələstinlilərə qarşı ölüm hökmü həbsxanaların sıxlığı probleminin düzgün həllidir”.
Qeyd edək ki, Ben-Qvirin bəyanatları ilə bağlı Müharibə Kabinetindən və ya Baş nazir Benyamin Netanyahudan hələlik heç bir şərh verilməyib.
Günel Məlikzadə