İsrailin hərbi kabineti toplanır
    • 4-06-2024, 22:15
    • 239

İsrailin hərbi kabineti toplanır

İsrailin hərbi kabineti bu axşam Hizbullahın yanğınlara səbəb olan raket hücumlarını müzakirə etmək üçün toplanacaq.

İsrailin “Maariv” qəzetində yer alan xəbərə görə, İsrail naziri Benni Qantsın tələbi ilə döyüş kabineti iclas keçirəcək.

News24.az xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich sosial media hesabında etdiyi paylaşımda "Danışma deyil, hərəkət zamanıdır" deyib.

Digər tərəfdən, İsrailin digər ifrat sağçı naziri İtamar Ben-Qvir, Hizbullahın raket və pilotsuz hücumları nəticəsində İsrailin şimalındakı meşələri bürüyən yanğınlara cavab olaraq "Livandakı Hizbullah qalalarının yandırılaraq məhv edilməsi" çağırışı edib.

Ben Qvir “İsrail ordusunun indi vəzifəsi Hizbullahı məhv etməkdir” deyib.

Günel Məlikzadə