24 saatda 343 yanğın baş verdi - FOTO
    • 18-07-2024, 13:54
    • 175

24 saatda 343 yanğın baş verdi - FOTO

Ukrayna Fövqəladə Hallar Xidməti son 24 saat ərzində ölkənin 343 müxtəlif bölgəsində yanğınların baş verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamada qeyd edilib:

“Kölgədə havanın temperaturu 35 dərəcədən yuxarıdır, hər tərəf günəş parlayır. Yanğın qurumuş ağacların arasından sürətlə yayılır. Komandalar yanğının üzərinə metr-metr su tökür, lakin yanğının yenicə söndürüldüyü yerlərdə belə aşan ağacların kökləri yenidən alışır. Son 24 saat ərzində Ukraynanın ekosistemlərində 343 yanğın baş verib".

Qeyd edək ki, Odessa vilayətində yanğına müdaxilə zamanı fərq edilən və yanğından zərər çəkən cüyür də xilas edilib.

Xidmət onun müdafiəsiz və qorxmuş vəziyyətdə tapıldığını, soyuq su verildiyini və müalicə olunduqdan sonra meşəyə buraxılacağını açıqlayıb.

Yanğından bəzi görüntüləri təqdim edirik.

Günel Məlikzadə