Bayden bu şərtlə namizədlikdən imtina edəcək
    • 18-07-2024, 15:51
    • 135

Bayden bu şərtlə namizədlikdən imtina edəcək

ABŞ prezidenti Co Baydenin "Black Entertainment Television News"a verdiyi müsahibənin bir hissəsi dərc olunub.

ölkənin ona ehtiyacı olduğuna işarə edən 81 yaşlı prezident, “Yaş ancaq müdriklik gətirir” deyib.

Bayden, ölkəsi üçün "yaxşı işlər" etdiyini və "görüləcək daha çox şeyin" olduğunu iddia edərək, namizədliyini davam etdirmək niyyətində olduğunu söyləyib.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyindən geri çəkilməsinə nə səbəb ola biləcəyi ilə bağlı suala Bayden, "Əgər həkimlər desələr ki, sizin sağlamlıq probleminiz var, mən namizədlikdən imtina edəcəyəm" cavabını verib.

Günel Məlikzadə