Moskva-İrəvan xəttində gərginlik artacaq?
    • Bu gün, 09:09
    • 95

Moskva-İrəvan xəttində gərginlik artacaq?

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində xidmət edəcək. Bu qərar İrəvan-Moskva münasibətlərində gərginliyi artıracaq.

News24.az xəbər verir ki, Rusiyanın qoşunlarını çıxarmasını istəyən, sonra isə üzünü Qərbə çevirdiyinə işarə edən Ermənistan bu dəfə yeni qərar verib. ABŞ dövlət katibinin müşaviri Uzra Zeya İrəvana səfərindən sonra qərarı açıqlayıb.

Zeya “Amerika ordusundan bir nümayəndənin Ermənistan Müdafiə Nazirliyində xidmət edəcəyini” təsdiqləyib. “Biz ABŞ və Ermənistan arasında mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq” deyib.

Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında gərginlik Qarabağ müharibəsindən bəri davam edir. Ermənistan Rusiyanın Qarabağda onlara kömək etmədiyini bildirir. Daha sonra İrəvan son aylarda Moskvadan illərdir sərhədini qoruyan rus əsgərlərini geri çəkməyi xahiş edib. Qərar iki ölkə arasında qəbul edilib, lakin Rusiya hələ də qoşunlarını geri çəkməyib.


Günel Məlikzadə