Moskva ilə İrəvan arasında problem - Lavrovdan MÜHÜM AÇIQLAMA
    • 28-12-2023, 10:39
    • 186

Moskva ilə İrəvan arasında problem - Lavrovdan MÜHÜM AÇIQLAMA

"Rusiya ilə Ermənistanın münasibətlərində mövcud olan çətinliklər müvəqqəti xarakter daşıyır".

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsi zamanı deyib.

“Biz əminik ki, Rusiya və Ermənistan arasında münasibətlərdə bütün çətinliklər müvəqqətidir və siyasi iradədən asılı olaraq aradan qaldırılacaq”, - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya-Ermənistan əlaqələrinin sabit və sistemli inkişafı iki dövlətin xalqlarının fundamental maraqlarına cavab verir:

“Moskva ilə İrəvan arasında ticarət-iqtisadi əlaqələr və sənaye dialoqu təsirli templə inkişaf edir. Bu, iki ölkə arasında münasibətlərin əsasını təşkil etməklə yanaşı, həm də Ermənistan iqtisadiyyatının sabitliyi və erməni əhalisinin rifahı üçün ən mühüm yardımdır”.

Qumral