Ermənistan ordusuna 10 milyon ayrıldı – Düşərgə yaradılacaq
    • 22-07-2024, 20:12
    • 173

Ermənistan ordusuna 10 milyon ayrıldı – Düşərgə yaradılacaq

Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Yardımın məqsədinin Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək olduğu bildirilib.

Məlumata görə, yardım Aİ-nin təşkil etdiyi beynəlxalq hərbi missiya və əməliyyatlarda Ermənistanın mümkün iştirakı halında ordunun müqavimətini artırmaq, silahlı qüvvələrin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.  Qərara əsasən, təlimlərdə Ermənistan ordusunun dəstək batalyonu üçün çadır düşərgəsi bu maliyyə hesabına yaradılacaq.

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bu yardımı Ermənistanla hərbi-texniki əməkdaşlıq baxımından vacib addım adlandırıb.