Dris Mertensdən İmmobile cavabı
    • 22-07-2024, 23:50
    • 426

Dris Mertensdən İmmobile cavabı

"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertens karyerası və "Beşiktaş"ın yeni transferi Ciro İmmobile ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, "La Gazetta dello Sport"a danışan belçikalı futbolçu gələcək planları haqda bunları deyib: 

"Napolidə yaşamaq istəyirəm. Köhnə evim və həyatımın bir çox məqamları üçün darıxıram. Futbol mənim həyatımdır, amma özümü məşqçi kimi görmürəm".

Mertens "Latsio"dan "Beşiktaş"a keçən Ciro Immobile haqqında "Ona dedim ki, Türkiyədə bircə Ciro (oğlu) var. Zarafat bir yana, Türkiyəyə gəldiyi üçün xoşbəxtəm. Super Ligi seçən başqa bir böyük hücumçudur" dedi.

Günel Məlikzadə