ABŞ Konqresində Netanyahu günü
    • Bu gün, 12:04
    • 79

ABŞ Konqresində Netanyahu günü

İsrailin baş naziri Benyamin Netanyahu bu gün ABŞ Konqresində çıxış edəcək.

News24.az xəbər verir ki, Netanyahunun çıxışı zamanı etirazlarla üzləşəcəyi gözlənilir.

Ən azı 21 Demokrat millət vəkili, o cümlədən senatorlar Bernie Sanders, Elizabeth Warren və Chris Van Hollen və nümayəndələr Alexandria Ocasio-Cortez, İlhan Omar, Cori Bush və Rashida Tlaib çıxışı boykot edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Netanyahu Konqresə ən çox müraciət edən xarici lider olacaq. O, bütün digər dünya liderlərini, o cümlədən Konqresdə üç dəfə çıxış edən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçili keçəcək.

Senator Sanders: “Xeyr, Netanyahu ABŞ Konqresində xoş qarşılanmamalıdır. O, İsrail baş nazirinin çıxışını boykot etmək qərarını açıqlayan bəyanatla çıxış edərək, "Əksinə, Qəzza və İordan çayının qərb sahilindəki siyasətləri və iki dövlətli həlli dəstəkləməkdən imtina etməsi şiddətlə pislənməlidir" dedi.

"Ötən ay qeyd etdiyim kimi, mən onun çıxışına qatılmayacağam", - Sandersi əlavə edib.

Van Hollen deyib ki, Netanyahunu Konqresdə çıxış etməyə dəvət etmək “böyük səhvdir”.

Günel Məlikzadə