"Netanyahu Qəzzada uşaqları acından öldürür"
    • 21-02-2024, 16:44
    • 107

"Netanyahu Qəzzada uşaqları acından öldürür"

Müstəqil ABŞ senatoru Bernie Sanders İsrailin Qəzzalı uşaqları ac qoyduğunu bəyan edərək, ABŞ-ın bunun “ortağ”ı olmalı deyil deyə bildirib.

News24.az xəbər verir ki, bu baradə Senator Sanders sosial media platformasında yazıb.

İsrailin hücumları və humanitar yardım məhdudiyyətləri səbəbiylə ehtiyac duyulan qida, su, dərman və yanacağın çox kiçik bir hissəsinin Qəzzaya çatdığını ifadə edən Sanders, "Vəziyyətin ağırlığını və daha da pisləşə biləcəyini izah edəcək ifadə tapa bilmirəm"deyib.

"Əhali aclıqla üz-üzədir və hazırda təxminən 378 min insan acdır", - o vurğulayıb.

Qəzzada bir çox səhiyyə müəssisəsinin hava hücumları nəticəsində zərər gördüyünü və bir tibb işçisinin uşaqları xilas etməyə çalışarkən həyatını itirdiyini bildirən Sanders, bölgədəki səhiyyə işçilərini “qəhrəman” adlandırıb.

Günel Məlikzadə