Messi oynamadı, komandası darmadağın oldu
    • 25-07-2024, 12:49
    • 272

Messi oynamadı, komandası darmadağın oldu

Meksika Liqasının və MLS-in ən yaxşı futbolçularından ibarət komandalar "All-star" matçında üz-üzə gəliblər.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, zədə səbəbindən Messinin iştirak etmədiyi oyunda sevinən tərəf meksikalılar olub.

Belə ki, adıçəkilən kollektiv sonda 4:1 hesablı qələbə qazanıb.

Maraq üçün qeyd edək ki, son iki "all-star" matçında qazanan tərəf ABŞ təmsilçiləri olub.