Bu küçədə səki insanları ölümə aparır - FOTO
    • 25-07-2024, 14:33
    • 185

Bu küçədə səki insanları ölümə aparır - FOTO

Xətai rayonunda səkinin olmaması piyadalar üçün çətinlik yaradır. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, rayonun Süleyman Vəzirov küçəsində səkinin yarımçıq olması insanların həyatına təhlükə yadadır. Belə ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yer hasarlanıb. 

Eyni zamanda yolun kənarında parkinq yaradılıb. Avtomobillər saxlandığı üçün piyadalar yarımçıq səkidən birbaşa yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar. Bu da qəza riski yaradır. 

Qeyd edək ki, yarımçıq səkinin sonunda qazpaylayıcı da quraşdırılıb ki, bu da ayrıca bir problemdir.