Rusiya XİN Afrika ölkələrini Soçiyə dəvət etdi
    • 25-07-2024, 16:22
    • 185

Rusiya XİN Afrika ölkələrini Soçiyə dəvət etdi

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov bildirib ki, payızda Soçidə keçiriləcək Rusiya-Afrika nazirlər konfransına 54 Afrika ölkəsinin hamısının nümayəndələri dəvət olunub.

"Biz bütün 54 Afrika ölkəsinin nümayəndələrini, həmçinin Afrika İttifaqından SADC, ECOWAS və digər regional, subregional inteqrasiya birliklərinin liderlərini iştirak etməyə dəvət etmişik", - deyə qeyd edib.

News24.az xəbər verir ki, Afrikanın xeyli sayda xarici işlər nazirləri artıq iştiraka razılıq veriblər.

Xatırladaq ki, bundan əvvəl Fransanın Le Point nəşri Ukraynanın Rusiyanın Afrikadakı planlarını pozmağa çalışdığını yazmışdı. Materialda bildirilir ki, bu məqsədlə Ukrayna region ölkələri ilə diplomatik əlaqələri inkişaf etdirib. Qeyd olunur ki, 2022-ci ilin martında BMT Baş Assambleyasında Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləyən qətnaməyə səsvermə zamanı 54 Afrika ölkəsindən 17-si bitərəf qalıb.

Məryəm İlhamqızı