Husilərin hücumları artır
    • 20-06-2024, 21:40
    • 208

Husilərin hücumları artır

Aparıcı dəniz ittifaqları çərşənbə günü ikinci gəminin batmasından sonra Yəmən husilərinin ticarət gəmilərinə hücumlarını dayandırmaq üçün Qırmızı dənizdə təcili tədbirlər görməyə çağırıb.

News24.az xəbər verir ki, İranın dəstəklədiyi husilər Qəzzadakı fələstinlilərlə həmrəylik olaraq ilk dəfə noyabr ayında mühüm ticarət yolu olan Qırmızı dənizə pilotsuz təyyarələr və raket zərbələri endirib.

Müharibə başlayandan bəri 70-dən çox hücum təşkil edən husilər gəmini və onun heyətini də ələ keçirib.

Beynəlxalq dəniz qüvvələri son aylarda Qırmızı dənizdə üzən gəmilərə müdafiə dəstəyi vermək üçün yerləşdirilib, lakin hücumlar əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, husilərin may ayında 5 hücumu olduğu halda, iyunda bu rəqəm 10 olaraq qeydə alınıb.


Günel Məlikzadə