Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb - FOTO
    • Bu gün, 14:24
    • 75

Türkiyədə vəfat edən xanım jurnalistin qardaşı da illər əvvəl faciəvi şəkildə ölüb - FOTO

Ötən gün vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxan 4 il əvvəl qardaşı Yusif Məmmədovu itirib. 

News24.az baku.ws-ə istinadən bildirir ki, o dənizdə boğulan uşaqları xilas edərkən suda batıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.

Ailəli olan Yusifin qızı 16, oğlu isə 13 yaşındadır.

O ölkədəki banklardan birinin filial müdiri olub.

Məlumat üçün bildirək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb.

O ötən gün Türkiyədə beyninə qansızmadan vəfat edib.

Günelin nəşi İstanbuldan Bakıya gətirilib. Onun yas mərasimi Heydər məscidində baş tutacaq.