Yük maşını körpüdən ASILI QALDI
    • Bu gün, 15:38
    • 98

Yük maşını körpüdən ASILI QALDI

Türkiyədə Sakaryanın TEM şosesinin Akyazı keçidində  yağış səbəbi ilə dəhşətli qəza baş verib.

News24.az xəbər verir ki, İstanbul istiqamətində hərəkətdə olan Umut Oğurlunun idarə etdiyi 21 AFA 919 nömrə nişanlı diri mal-qara ilə dolu yük maşını sürücüsünün idarəetməsindən çıxıb.

Yük maşını yoldakı körpüdə asılı vəziyyətdə qalıb və qoşqusunda olan 27 baş mal-qaradan 6-sı körpüdən yıxılaraq tələf olub. Xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib. Körpüdə dik vəziyyətdə qalan yük maşınının sürücüsü həkim briqadasının ilkin tibbi yardımından sonra xəstəxanaya aparılıb.

Yük maşınının körpüdən çıxarılması üçün iş başlansa da, qəza ilə bağlı araşdırmalar davam edir.

Məryəm İlhamqızı