Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avro verildi
    • Bu gün, 15:35
    • 66

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avro verildi

Aİ Komissiyasının sədri Ursula fon der Leyen X sosial media hesabında Ukraynaya 1,5 milyard avro yardım edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Aİ-nin Ukraynanın tərəfində olduğuna diqqət çəkən Von der Leyen, "Bu gün Rusiyanın dondurulmuş varlıqlarından əldə etdiyimiz 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük" dedi. 

Von der Leyen, Kremlin pullarının Ukraynaya göndərilməsinin əhəmiyyətli bir simvol olduğuna diqqət çəkərək, bunun Ukrayna və Avropanı daha təhlükəsiz hala gətirəcəyini bildirib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub. Rusiya aktivlərini saxlayan maliyyə institutları, yetkinlik yaşına çatdıqda onları yenidən investisiya etməklə əhəmiyyətli gəlir əldə edirlər.

Aİ ölkələri dondurulmuş Rusiya aktivlərinin investisiyasından əldə edəcəyi milyardlarla avro mənfəəti Ukraynaya dəstək üçün istifadə edəcək.

Günel Məlikzadə