İbrahim Tatlıses ilk dəfə əkiz nəvələri ilə - FOTO
    • Bu gün, 11:06
    • 68

İbrahim Tatlıses ilk dəfə əkiz nəvələri ilə - FOTO

Bir müddət əvvəl ürəyindən əməliyyat olunan müğənni İbrahim Tatlıses ilk dəfə əkiz nəvələri ilə görüntülərini paylaşıb.

News24.az Sfera.az-a istinadlA xəbər verir ki, Emir və Ayellə şəkil çəkdirən Tatlıses onları görmək üçün Çeşməyə gedib.

Nəvələrini çiyninə alan İbrahim Tatlısəsin xoş əhval-ruhiyyəsi diqqət çəkib.

Qeyd edək ki, müğənni İdo Tatlısəslə ailə quran Yasemin Şefkatlı 22 yanvar 2024-cü ildə əkiz oğullarını dünyaya gətirib.

Məşhur cütlük əkizlərdən birinə İbrahim Ayel, digərinə isə Sinan Emir adını verib.