Torpaq davası: 35 ölü
    • Bu gün, 14:58
    • 113

Torpaq davası: 35 ölü

Pakistanın Kurram bölgəsində tayfalar arasında torpaq davası səbəbindən beş gün əvvəl mübahisələrin baş verdiyini bildiriblər.

News24.az xəbər verir ki, səlahiyyətlilər son 5 gündə mübahisələrdə 35 nəfərin öldüyünü, 166 nəfərin yaralandığını bildirib.

Müxtəlif tayfa ağsaqqallarının müdaxiləsi ilə tərəflər arasında atəşkəsin əldə olunduğu açıqlansa da, qarşıdurma dünən axşam saatlarına qədər davam edib.

Bölgədəki yüksək gərginlik səbəbindən bütün məktəblərdə təhsil dayandırılıb və həftəsonu bazarlar bağlı qalıb. Əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, yerli əhali bildirib ki, yolların bağlanması ərzaq və dərman təminatında problemlər yaradıb.


Günel Məlikzadə