Avtostopla dünya turuna çıxan gənc: İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDI
    • 30-07-2024, 11:36
    • 165

Avtostopla dünya turuna çıxan gənc: İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDI

Sakaryada polisdə çalışarkən dünyanı gəzmək, fərqli mədəniyyətləri tanımaq və anlamaq üçün 10 ildir xidmət etdiyi polislik peşəsindən 8 ay əvvəl istefa verən Melih Bektaş qaçırılıb, işgəncələrə məruz qalıb və 5 ay əvvəl Malayziyada qarət ediblər.

Avtostopla dünyanı gəzən Melih 5 ay əvvəl Malayziyada dəhşət yaşayıb. 5 bıçaqlı soyğunçu tərəfindən qaçırılan, əl-ayağı bağlandıqdan sonra işgəncələrə məruz qalan Melih 13 saat saxlanılıb, pasportu da daxil olmaqla bütün əşyaları tarlaya atılıb. Türkiyə səfirliyindən kömək istədikdən sonra ölkəsinə qayıdan Melih, ailəsi ilə vaxt keçirərək baş verənləri unutmağa çalışıb.

News24.az xəbər verir ki, Türkiyə səfirliyinin təşəbbüsləri ilə Türkiyəyə qayıdan Bektaş xəyalına qaldığı yerdən davam etmək qərarına gəlib. Qafqaza gedərək qaldığı yerdən davam edən Melih, "Pis bir hadisə yaşadım, ancaq bu gözəl dünyanı görməmə mane olmadı. İstirahət etdim, sağaldım və yenidən yola düşdüm. İnşallah hər zaman gözəl insanlarla görüşərəm. Dünya o qədər gözəldir ki, hətta bu pisliklər də buna mane ola bilməz”, - deyə qeyd edib.

Gürcüstana avtostopla gedən Melih dağlarda dolaşır, orada yatır, yolda gördüyü çobanlarla söhbət edir. 

Qeyd edək ki, Zonguldakda doğulub böyüyən Melih Bektaş cəmi 21 yaşında öz istəyi ilə polis olub. Bir çox şəhərlərdə vəzifəsini uğurla yerinə yetirən Bektaşın dünyanı tanımaq həvəsi peşəsindən də üstün olub. Bektaş dünyanı daha rahat gəzmək və fərqli mədəniyyətləri tanımaq üçün 10 il işlədiyi işindən 8 ay əvvəl istefa verib.



Məryəm İlhamqızı