“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı
    • Bu gün, 12:17
    • 52

“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı

"Hər zaman fəxr etmişəm. Məni sındırmaq istəyirlər. Ata, qorxma, rahat yat, gör hələ nələr olacaq. Ata, bunlar yatmış şiri oyadırlar. Təhqir edərək, məni üzlərinə qaytarırlar. Bunlar məni özləri kimi arvad vidində, işindən soyumuş, uğursuz, üzü, gözü şiş görməyə alışdılar. Amma sən məni belə görmək istəmirsən. Çünki hər zaman mənə deyirdin ki, birinci ol, ya da olma".

News24.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkə hesabında yazıb. Şəfəq ünvanına yazılan təhqirlərdən bəhs edərək, atasında yazıb:

"Geyimlərimə də uşaqlıqdan icazə vermisən. Amma əxlaqım yerində olmaq şərti ilə. Yeri gəlsə, səhvim olanda qayışla da döymüsən, özü də çox pis. Buna görə sənə minnətdaram ki, mənə tərbiyə vermisən. Bu gün mən heç kimin həyatına qarışmıram. Sözü üzə dediyimə, emosional olduğuma görə, üzüm ağdır deyə cavabım da boldur. Ürəklə çıxıb nə atmacalar atırlarsa, ağızlarını yumduğuma, saçlarımı dibindən kəsdiyimə görə adıma "psix" adı da yamadılar. Olsun, sənin kimi atanın yolunda "psix" adı almağa dəyər. Çünki öz ataları yoxmuş kimi bir şeydir onlar. Ataları öləndən 1 həftə sonra klubda, diskotekada olanlardır. Mən isə şəhər qızı ola-ola heç klub nədir bilməmişəm. Bəziləri heç öz atalarının soyadına belə dəyər verib adlarını instaqram profillərinin üstünə qoymurlar". 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Şəfəq atası vəfat edəndə stressdən saçlarını kəsib.//Axşam.az