İsrail Xan Yunisin şərqindən geri çəkilir
    • Bu gün, 16:20
    • 73

İsrail Xan Yunisin şərqindən geri çəkilir

Qəzzanın cənubunda Xan Yunisə qarşı bir həftədir davam edən əməliyyatı başa çatdıran İsrail qüvvələri şəhərdən geri çəkilib.

News24.az NTV-yə istinadənxəbər verir ki, Fələstin səhiyyə rəsmiləri bildiriblər ki, xilasedicilər indiyədək Xan Yunisin şərqində İsrailin hücumu nəticəsində həlak olan 42 fələstinlinin cəsədini çıxarıblar.

Daha çox axtarışlar aparılıb və 200 nəfərin hələ də itkin düşdüyü bildirilir.

İsrail ordusundan verilən açıqlamada bir həftə davam edən basqın zamanı qüvvələrin 150-dən çox Həmas üzvünü öldürdüyü, tunelləri dağıtdığı və silah-sursat ələ keçirdiyi bildirilib.

İsrail qüvvələri getdikdən sonra insanlar piyada və eşşək arabalarında əşyalarını daşıyaraq evlərinə qayıdıblar. Çoxları evlərinin zədələnmiş və ya dağılmış vəziyyətdə olduğunu görüblər.

Şahidlərin dediyinə görə, ordu qüvvələri yaxınlıqdakı evləri və yolları, həmçinin əsas repressiya mərkəzi olan Xan Yunisin şərq kənarındakı qəbiristanlığı buldozerlə dağıdıb.

Günel Məlikzadə