Livandan atılan raket İsraili vurdu
    • Dünən, 22:20
    • 56

Livandan atılan raket İsraili vurdu

İsrailin N12 televiziyası Livandan atılan raketin bir mülki israillinin həlak olduğunu bildirib.

News24.az xəbər verir ki, hücumla bağlı verdiyi açıqlamada İsrail ordusu Livandan 10 raket atıldığını və onlardan birinin Kibbutz Haqoşrimi vurduğunu, bunun nəticəsində insan itkisinə səbəb olduğunu bildirib.

Hizbullah hərəkatı Livan səmasında səs baryerini pozan İsrail döyüş təyyarələrinin təsbit edildiyini açıqlayıb.

Qeyd edək ki, təyyarələrə müdaxilə edildiyi, atəş açıldığı və geri dönməyə məcbur edildiyi bildirilib.

Livanın baş naziri Nəcib Mikati açıqlamasında deyib: “Hərtərəfli müharibə təhdidləri və hədə-qorxu livanlıların öz torpaqları üzərindəki haqlarına riayət etmələrinə və bütün qanuni vasitələrlə onu müdafiə etmələrinə mane olmayacaq”.

Günel Məlikzadə