Haniyənin son sözü: “Biz yalnız Allaha inanırıq”
    • Bu gün, 16:59
    • 94

Haniyənin son sözü: “Biz yalnız Allaha inanırıq”

Xain sui-qəsd nəticəsində şəhid olan Həmas lideri İsmail Haniyədən son müsahibəsini alan jurnalist Kamal Öztürk açıqlamalar verib.

News24.az xəbər verir ki, jurnalist Kamal Öztürk iyulun 16-da İsmayıl Haniyədən müsahibə alıb.

Öztürk, "Bütün dünya Haniyəni 40 min vətəndaşını itirən lider kimi görür. Onun çiyinlərində dünyanın ağırlığı olduğunu söyləmək kifayətdir", deyib. 

O, Haniyənin son sözlərinin, "Biz ancaq Allaha təvəkkül edirik. Allahın izni ilə qələbə qazanacağıq. Azadlıq üçün canımızdan keçməyə hazırıq", olduğunu bildirib.

Günel Məlikzadə