Atasını öldürən gənc - DƏHŞƏT
    • Bu gün, 11:30
    • 87

Atasını öldürən gənc - DƏHŞƏT

Ötən gün axşam saatlarında Türkiyədə Çanakkalenin Gökçeada rayonunda qətl hadisəsi baş verib. 

News24.az xəbər verir ki, iddiaya görə, İzzet Ö. (46) dünən həyat yoldaşı Ö.Ö. və qızı S.B.Ö. ilə mübahisə edib.

Bu zaman İzzet Ö. arvadına silah tuşlayıb. İzzet Ö-nin qızı S.B.Ö. qardaşı Enes Ö-yə zəng edərək atasının anasını öldürməklə hədələdiyini bildirib. 

Evə gələn Enes Ö. atasını güllələyərək öldürüb.

Silah səslərini eşidən kimi hadisə yerinə polis və tibb qrupları göndərilib. Sağlamlıq qruplarının müdaxilə etdiyi ağır yaralı İzzet Ö-nin hadisə yerində öldüyü müəyyən olunub. 

Hadisə ilə bağlı polisin başlatdığı araşdırma davam edir.


Məryəm İlhamqızı