"Qarabağ" - "Ludoqorets" matçına bu qədər bilet satıldı
    • Bu gün, 14:09
    • 70

"Qarabağ" - "Ludoqorets" matçına bu qədər bilet satıldı

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 23000 bilet satılıb.

News.az xəbər verir ki, bu barədə "Report"a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa 30000-ə yaxın bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 6-da reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 13-də olacaq.