Yeni nikahlar azaldı - SƏBƏB
    • Bu gün, 17:23
    • 68

Yeni nikahlar azaldı - SƏBƏB

Çində 2024-cü ilin ilk 6 ayında qeydə alınan yeni nikahların sayı son 9 ilin ən aşağı səviyyəsinə enib.

News24.az xəbər verir ki, Vətəndaşlıq İşləri Nazirliyi ölkədə nikah nisbətləri ilə bağlı son məlumatı açıqlayıb.

Məlumata görə, Çində 2024-cü ilin ilk 6 ayında 3 milyon 43 min olaraq qeydə alınan nikahların sayı keçən ilin eyni dövrünə görə 13 % azalıb.

Təxminən 1 milyon 46 min nikahla, azalışın ən yüksək olduğu 2024-cü ilin ikinci rübündə qeydə alınan sayı, ilin birinci rübünə görə 26 % azalıb.

Qeyd edək ki, ilk 6 ayda yeni evliliklərdəki azalma ilin qalan hissəsində də davam edərsə, 2024-cü ildə ümumi evlilik sayının 6 milyon 5 minin altına düşəcəyi gözlənilir. Bu o deməkdir ki, 2024-cü ildə nikahların sayı 7 milyon 68 min cütlüyün evləndiyi 2023-cü ildən və 11 milyon 33 min yeni nikahın qeydə alındığı 2016-cı ildən geri qalacaq.

Yeni evlənənlərin sayının son 9 ildə ən aşağı həddə düşdüyü bildirilir və bu azalmaya səbəb kimi iqtisadi təzyiqlər, dəyişən sosial normalar və böyük şəhərlərdə həyat xərclərinin artması göstərilir.


Günel Məlikzadə