Latviyada Ukraynadan olan qaçqınlara dəstək azaldı
    • Bu gün, 19:56
    • 45

Latviyada Ukraynadan olan qaçqınlara dəstək azaldı

Latviya vətəndaşları arasında Ukraynadan olan qaçqınların respublika ərazisində qəbuluna dəstək azalıb. 

Bu barədə News24.az “Rait Custom Research Baltic”in ictimai rəy sorğusuna istinadən xəbər verir.

Araşdırmaya görə, 18-75 yaş arası latviyalıların 48 faizi ukraynalı qaçqınların qəbulunu dəstəkləyib. Verilən məlumata görə, bu göstərici mart ayında 60,1 faiz olub. 

Qeyd edək ki, bundan əvvəl aparılan sorğuların nəticəsinə görə, müharibə dövründə Ukraynanı tərk edən vətəndaşların üçdə ikisinin yaxın gələcəkdə ölkəyə qayıtmağı planlaşdırmadığı məlum olub.

Xatırladaq ki, mayın sonunda Ukrayna Milli Bankı ölkədə səfərbərlik və miqrasiya səbəbindən işçi qüvvəsinin çatışmazlığını rəsmən tanıyıb. Tənzimləyici qeyd edib ki, ən çətin vəziyyət logistika və pərakəndə ticarət sahəsindədir. Digər sahələrdə də ciddi kadr çatışmazlığı qalmaqda davam edir.


Məryəm İlhamqızı