Amerikalı jurnalistlər Ukraynada “sevgi böhranı” elan etdilər
    • Bu gün, 19:40
    • 58

Amerikalı jurnalistlər Ukraynada “sevgi böhranı” elan etdilər

Kişilərin əksəriyyəti cəbhəyə getdiyi və ya səfərbərlikdən gizləndiyi üçün Ukraynada qadınlar şəxsi həyatlarını təşkil etməkdə çətinlik çəkirlər. 

News24.az xəbər verir ki, bu barədə “The New York Times” ukraynalı qadınların hekayələrinə istinadən yazıb.

Nəşr bildirib ki, Ukraynada kişilər istənilən vaxt Ukrayna Silahlı Qüvvələrinə çağırılacaqlarından ehtiyat etdikləri üçün münasibətə girmək istəmirlər. Eyni zamanda, qadınlar öz həyatlarını ordu ilə əlaqələndirməkdən qorxurlar. Qeyd olunur ki, bəzi qızlar çox vaxt həyatlarını münaqişə zamanı fiziki və psixoloji xəsarət alanlarla əlaqələndirməyə hazır deyillər.

Xatırladaq ki, 2024-cü il mayın 18-də Ukraynada səfərbərliyi sərtləşdirən qanun qüvvəyə minib. Yeniliklərə əsasən, həqiqi hərbi xidmət qulluqçularının reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri - pasport və xarici pasport rəsmiləşdirmək hüququnu itirəcək.

Məryəm İlhamqızı