Rusiya yeni beynəlxalq nizam üçün mübarizə aparır - ABŞ-dakı səfir
    • Bu gün, 19:17
    • 52

Rusiya yeni beynəlxalq nizam üçün mübarizə aparır - ABŞ-dakı səfir

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı zamanı da daxil olmaqla bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan yeni beynəlxalq nizam və çoxqütblü dünya uğrunda mübarizəni davam etdirdiyini deyib.

News24.az xəbər verir ki, bu barədə səfir TASS agentliyinə müsahibəsində bildirib.

“Yəni, xüsusi hərbi əməliyyatın lap əvvəlində mən bir neçə dəfə təkrar edəndə ki, biz Ukrayna xalqı ilə müharibə aparmırıq, biz yeni beynəlxalq nizam üçün mübarizə aparırıq, məni sərt tənqid etdilər”, - Antonov qeyd edib. 

"Mən hələ də inanıram ki, bu gün yeni dünya nizamından danışırıq. Amerikalılar müəyyən Amerika qaydalarına əsaslanan nizamı qorumaq üçün mübarizə aparırlar. Biz bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan çoxqütblü dünya üçün çıxış edirik", - diplomat vurğulayıb.

O, bu yaxınlarda “START" sənədinə bir daha nəzər saldığını da qeyd edib.

"Bunun üzərində işləmək mənə qismət oldu. Mən sizə deyə bilərəm ki, əgər amerikalılar bu gün ümumiyyətlə preambulada qeyd olunan bütün siyasi müddəaları yerinə yetirsəydilər, heç nə etmək lazım deyildi. Biz ABŞ və Rusiyaya imkan verən dünya nizamı qurmaq yolunda düzgün yolda olardıq"


Məryəm İlhamqızı