Yataq otağına kamera quraşdıran valideynlərini polisə ŞİKAYƏT ETDİ
    • Bu gün, 19:35
    • 83

Yataq otağına kamera quraşdıran valideynlərini polisə ŞİKAYƏT ETDİ

Çində 20 yaşlı qız valideynlərinin yataq otağına müşahidə kamerası quraşdırdıqdan sonra polisə müraciət edib. 

News24.az xəbər verir ki, Li adlı çinli qadın Pekin polis idarələrinin birindən kömək istəyib. 

Universitetin ikinci kurs tələbəsi polisə deyib ki, o, “azadlıq istədiyi” üçün evdən qaçıb. 

Linin valideynləri yetkin qızlarının yataq otağına nəzarət kamerası quraşdırıblar və hər dəfə səhv edəndə onu döyüblər. Zərərçəkmiş iddia edib ki, qəddar tərbiyə və hiperkontrol onun psixoloji travmasına səbəb olub.

Li izah edib ki, valideynlərinin onu axtarışda olanlar siyahısına salacağına əmin olduğu üçün özü polislə əlaqə saxlayıb. 

Polis məmurlarından biri qızı sakitləşdirib, sonra isə valideynləri ilə əlaqə saxlayıblar. 

Bu hadisədən sonra valideynləri kameranı çıxarmağa razılaşıblar. 

Məryəm İlhamqızı