Bayden və Blinkendən telefon diplomatiyası
    • Bu gün, 10:44
    • 88

Bayden və Blinkendən telefon diplomatiyası

ABŞ prezidenti Co Bayden və dövlət katibi Antoni Blinken Yaxın Şərqdə artan gərginliyin azaldılması ilə bağlı danışıqlar aparıblar.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Bayden və İordaniya kralı Abdullah arasında telefon danışığı olub.

News24.az xəbər verir ki,  görüşdə Bayden və Kral Abdullah Yaxın Şərqdə artan gərginliyin azaldılması, xüsusilə Qəzzada atəşkəsə nail olunmasının vacibliyi barədə razılığa gəliblər.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Qətərli həmkarı Əl Tani ilə telefon danışığı edən Blinken bölgədəki gərginliyin azaldılması və gərginliyin qarşısının alınması istiqamətində görülən işləri dəyərləndirib.

Qeyd edək ki, ikili Qəzzada atəşkəsin gərginliyin azaldılmasında əhəmiyyətli olduğunu vurğulayaraq, bu istiqamətdə səylərini davam etdirəcəkləri mesajını verib.

Günel Məlikzadə