Metadan İsrailə qoruma qalxanı!
    • Bu gün, 13:45
    • 79

Metadan İsrailə qoruma qalxanı!

“Meta” yenidən böyük qalmaqala səbəb olub. 

News24.az xəbər verir ki, işğalçı İsrail tərəfindən şəhid edilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə sosial media platforması İnstaqramda "təhlükəli" sayıldığı üçün heç bir səbəb göstərmədən onunla bağlı başsağlığı mesajlarını silməyə başlayıb. Soyqırım törədən İsrail üçün sosial media qoruma qalxanı olan META-ya reaksiyalar uçqun kimi böyüyüb.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə İsrailin rəzil sui-qəsdi nəticəsində İranın paytaxtı Tehrandakı iqamətgahında şəhid olub. Milyonlarla insan sosial media hesablarında hadisə ilə bağlı kədərlərini paylaşıb.


Məryəm İlhamqızı