Quterreş xəbərdarlıq etdi: Nüvə silahları açıq təhlükə yaradır
    • Bu gün, 17:20
    • 96

Quterreş xəbərdarlıq etdi: Nüvə silahları açıq təhlükə yaradır

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atmasının 79-cu ildönümü ilə əlaqədar müraciət dərc edib.

News24.az NTV-yə istinadən xəbər verir ki, nüvə silahlarının və ondan istifadə təhlükəsinin təkcə tarix kitabları ilə məhdudlaşmadığını qeyd edən Quterreş bu silahların beynəlxalq münasibətlərin gündəmində bir daha öz yerini tutduğunu bildirib.

Quterreş xəbərdarlıq edib ki, nüvə silahı açıq təhlükə yaradır və onlardan istifadə fəlakətli nəticələrə səbəb olacaq.

210 minə yaxın insan öldü

Bəzi ölkələrin xəbərdarlıqlara baxmayaraq nüvə silahından istifadə ilə təhdidlərini davam etdirdiyinə diqqət çəkən Quterreş, beynəlxalq ictimaiyyətin bu qəbuledilməz davranışı qınamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqustda isə Naqasakiyə atdığı atom bombaları ilə 210 minə yaxın insanın ölümünə səbəb olub.

Günel Məlikzadə