Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu
    • Bu gün, 17:40
    • 63

Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu

İşğaldan azad edilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.

News24.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.