Braziliyada 62 nəfərin olduğu təyyarə qəzaya uğradı - VİDEO
    • Dünən, 22:15
    • 65

Braziliyada 62 nəfərin olduğu təyyarə qəzaya uğradı - VİDEO

Braziliyada göyərtəsində 62 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində baş verib.

Təyyarədə 58 sərnişin və 4 ekipaj üzvünün olduğu deyilir. Qeyd olunub ki, qəzaya uğrayan Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.

Qəzanını baş vermə səbəbi, ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.