Hindistanın ən zəngin ailəsinin SƏRVƏTİ - ƏTRAFLI
    • Dünən, 22:08
    • 66

Hindistanın ən zəngin ailəsinin SƏRVƏTİ - ƏTRAFLI

Hindistanlı milyarder Mukeş Ambani ailəsinin sərvəti bütün Cənubi Asiya respublikasının ÜDM-nin demək olar ki, 10%-ni təşkil edib. 

News24.az xəbər verir ki, bu barədə “Hindustan Times” “Barclays-Hurun India Bank”ın hesabatına istinadən yazıb.

Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard dollar səviyyəsində qiymətləndirilib.

Ambaninin biznesi enerji, telekommunikasiya və pərakəndə satış sektorlarını əhatə edib.

Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Neeraj Bajajın ailəsi qərarlaşıb. 

İlk üçlüyü 5,39 trilyon rupi ilə Kumar Birla ailəsi tamamlayıb.

Məryəm İlhamqızı