Yeniyetmə avtomobildən xeyli miqdarda pul oğurladı
    • Bu gün, 19:17
    • 72

Yeniyetmə avtomobildən xeyli miqdarda pul oğurladı

Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

News24.az Report-a istinadən xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.