Fransa məhkəmələri Olimpiada ilə bağlı 181 işə baxdı
    • Bu gün, 18:14
    • 54

Fransa məhkəmələri Olimpiada ilə bağlı 181 işə baxdı

Fransa məhkəmələri iyulun 24-dən avqustun 9-dək Olimpiada ilə bağlı 181 işə baxıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Baxılmış işlərin 174-də cinayət tərkibi müəyyən edilib, 7 işə xitam verilib. İşlərin 46 faizi zor tətbiq etmə, 40 faizə qədəri isə maliyyə hüquqpozmaları ilə bağlı olub. 130 halda həbs qətimkan tədbiri seçilib. Qanun pozuntularının əksəriyyəti Parisdə baş verib.