Çinli fırıldaqçılar 4 min cəsəd oğurlayıb, 53 milyon dollar qazandı
    • Bu gün, 19:05
    • 51

Çinli fırıldaqçılar 4 min cəsəd oğurlayıb, 53 milyon dollar qazandı

Çində bir qrup fırıldaqçı tibbi protez hazırlamaq üçün krematoriyalardan və tibbi laboratoriyalardan dörd minə yaxın cəsədi oğurlayıb. 

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.

Nəşrin məlumatına görə, cinayətkarlar sümük toxumasının satışı üzrə qanunsuz biznesdən təxminən 380 milyon yuan (təxminən 53 milyon dollar) qazanıblar.

Vəkil Yi Şenxuanın sözlərinə görə, Şensi əyalətinin Tayyuan şəhərində polis allogen protezlərin istehsalı üçün insan qalıqlarının kütləvi oğurlanması hadisəsini araşdırır. Onun sözlərinə görə, "Shanxi Aorui Biomaterials" şirkəti Sıçuan və Şandun əyalətlərində, eləcə də Quanksi-Çjuan Muxtar Bölgəsində qanunsuz olaraq cəsədlər və bədən üzvləri alıb. Polis 18 ton sümük və 34 mindən çox tamamlanmış və ya tamamlanmaq üzrə olan protez ələ keçirib.

Hüquqi mənbələrə görə, "Shanxi Aorui Biomaterials" şirkətinin Su soyadlı baş direktoru Yunnan, Quizhou və Sıçuan əyalətlərində, eləcə də Çonqqinq şəhərindəki krematoriyalardan dörd mindən çox insan cəsədi oğurladığını etiraf edib. Qingdao Universiteti Xəstəxanasındakı Qaraciyər Araşdırma Mərkəzi də insan qalıqlarının tədarükçüləri arasındadır.