-
- 13-08-2024, 14:01
- 709
Rusiya bu bankın lisenziyasını ləğv etdi
American Express-in Rusiyada lisenziyası ləğv edilib.
News24.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından edilən yazılı açıqlamada American Express-in könüllü ləğv qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.
American Express, Ukrayna müharibəsindən sonra 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla American Express-in könüllü ləğvinə icazə verib.
Günel Məlikzadə