Kral Çarlz əskinasları rekord qiymətə satıldı
    • 13-08-2024, 17:25
    • 613

Kral Çarlz əskinasları rekord qiymətə satıldı

İngiltərə Bankı (BoE) daha aşağı seriya nömrələri olan King Charles III əskinaslarını hərraca çıxarıb. 

News24.az xəbər verir ki, bankdan verilən açıqlamada ümumilikdə 1,17 milyon dollar gəlir əldə edildiyi bildirilib.

BoE-nin verdiyi açıqlamada 50 funt sterlinqlik əskinasın rekord qiymətə 26 min lirəyə satıldığı qeyd edilib. HB01 00002 seriya nömrəsi olan 10 funt sterlinqlik tək əskinas 17 000 funta satılıb.

Qeyd edək ki, yay ərzində 5, 10, 20 və 50 funt-sterlinqlik əskinaslar üçün dörd hərrac keçirilib. Bu hərraclardan əldə edilən gəlirlər müxtəlif xeyriyyə təşkilatlarına köçürülüb.

Xeyriyyə təşkilatlarına psixi və fiziki sağlamlıq problemlərini, yoxsul uşaqları, ac insanları, ətraf mühiti və heyvanları dəstəkləyənlər daxil idi. BOE-nin bəyanatına görə, hər bir xeyriyyə təşkilatı əldə edilən gəlirdən 91,400 funt sterlinqdən bir qədər çox pay alıb.

Xatırladaq ki, Kral Çarlz əskinasları ilk dəfə iyun ayında dövriyyəyə buraxılıb. Əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.

Günel Məlikzadə