Moskva birjasında ticarət dayandırıldı
    • 14-08-2024, 17:55
    • 584

Moskva birjasında ticarət dayandırıldı

Moskva Birjası tərəfindən edilən yazılı açıqlamada bütün əməliyyatların dayandırıldığı bildirilib.

News24.az xəbər verir ki, açıqlamada əməliyyatlar yenidən başladıqda yeni məlumat veriləcəyi qeyd edilib.

Ancaq əməliyyatların dayandırılma səbəbi ilə bağlı məlumat paylaşılmayıb.

Xatırladaq ki, Moskva Fond Birjasında səhər sessiyasının hərracları sonuncu dəfə texniki səbəblərə görə iyunun 13-də dayandırılıb.

Günel Məlikzadə