Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı
    • 13-06-2024, 19:22
    • 164

Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı

Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub. 

"İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır", - deyə birjanın yaydığı məlumatda qeyd olunub.

Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.  

Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.