Moskvada dollar və avro ilə ticarət dayandırılır
    • 13-06-2024, 11:36
    • 346

Moskvada dollar və avro ilə ticarət dayandırılır

Moskva Birjasından verilən yazılı açıqlamada ABŞ-ın birjada müxtəlif məhdudiyyət qərarları verdiyi bildirilib.

News24.az xəbər verir ki, açıqlamada sözügedən məhdudiyyətlərə görə birjanın fəaliyyətində dəyişikliklər ediləcəyi, 13 iyun tarixindən etibarən dollar və avro ilə əməliyyatların dayandırılacağı bildirilib.

Açıqlamada vurğulanıb ki, Moskva Fond Birjası bazarda dalğalanmaların artması halında əməliyyatları fasiləsiz həyata keçirmək üçün bütün lazımi vasitələrə malikdir.

Mövzu ilə bağlı Rusiya Mərkəzi Bankının verdiyi açıqlamada dollar və avronun məzənnəsini müəyyən etmək üçün bank hesabatları və rəqəmsal platformalardan alınan məlumatlardan istifadə ediləcəyi bildirilib.

Qeyd edək kiABŞ Maliyyə Nazirliyi bu gün Moskva Birjasını sanksiyalar siyahısına daxil edib.

Rusiya rəsmiləri ABŞ-ın tətbiq etdiyi bütün sanksiyaların qeyri-qanuni olduğunu bildirir.

Günel Məlikzadə